Çayın faydaları
Çay bütün dünyada məşhur bir içki olmaqla yanaşı, insan sağlamlığına müxtəlif müsbət təsirləri ilə tanınan bir içkidir. Xüsusilə yaşıl çay və qara çayın saysız-hesabsız faydaları var.
-
Çay ürək xəstəliklərinin qarşısını alır
Qara çayda olan yüksək miqdarda flavonollar, taflavinlər ürək xəstələrində koronar arteriya disfunksiyasının bərpasına kömək edir. İfliç, ateroskleroz və digər ürək-damar xəstəliklərinə səbəb ola biləcək qan damarlarının anormal fəaliyyətini də aradan qaldırır
-
Çay xərçəng riskini azaldır
Çayda olan polifenollar güclü sərbəst radikal təmizləyici hesab edilir. Bu da çay istehlakı zamanı xərçəng hüceyrələri ilə mübarizədə aktivlik göstərir, şişin yaranmasına maneə törətdiyi görülmüşdür.
-
Çay diabet riskini azaldır
Qara çaydakı əsas bioaktiv birləşmələr polifenollardır, bunun sayəsində uzun müddətli çay istehlakı qanda qlükoza səviyyəsinin aşağı olmasını tənzimləyir.
-
Çay həzmə kömək edir
Çayda olan polifenollar güclü sərbəst radikal təmizləyici hesab edilir. Bu da çay istehlakı zamanı xərçəng hüceyrələri ilə mübarizədə aktivlik göstərir, şişin yaranmasına maneə törətdiyi görülmüşdür.
-
Çay zehni sağlamlığı dəstəkləyir
Mütəmadi çay istehlakı, nevroloji xəstəlik riskinin aşağı olması və stres səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilmişdir. Çay çətin bir gündən sonra rahatlamağınıza kömək edə biləcək təbii sakitləşdiricidir.
-
Çay enerjini artırır
Qara çaydakı kofein qan dövranına kömək edir və beyin funksiyalarını gücləndirir. Maddələr mübadiləsi, tənəffüs sistemini, ürək və böyrək funksiyalarını stimullaşdırır.
-
Çay ağız sağlamlığını yaxşılaşdırır
Gündəlik şəkərsiz bir fincan çay, ağızda iltihabı azalda bilər, diş çürüməsinin qarşısını alır və bakteriya artımını dayandırır.
-
Çay antibakterial təsirə malikdir
Çay polifenolları antibakterial aktivliyi ilə tanınır. Tədqiqatlar göstərir ki, qara çay Helicobacter pylori infeksiyası riskini azaldır.